Amerikanın ABC telekanalı adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verir ki, 12 ölkə Almaniya hökumətinin icazə verəcəyi təqdirdə 100-ə yaxın Alman Leopard tankını Ukraynaya təhvil verməyə razıdır.
Rəsminin sözlərinə görə, müvafiq razılıqlar ötən həftə Almaniyanın Ramşteyn aviabazasında baş tutan NATO ölkələri və müttəfiqlərinin Ukraynaya dəstək üzrə təmas qrupunun görüşündə əldə olunub.