Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə davam edərkən əvvəlcə Almaniya, sonra isə ABŞ-dan gələn xəbərlər dünyanın gündəminə oturdu.
Həftələrdir dünyanın təzyiqi altında olan Almaniya nəhayət geri çəkildi və "Leopard" tanklarının verilməsi üçün yaşıl işıq yandırdı.
Almaniya Polşanın Ukraynaya Leopard 2 tankını verməyə mane olmayacağını bildirdi. Digər tərəfdən ABŞ və Almaniya aylardır davam edən müzakirələrdən sonra Ukraynaya tank göndərməyi planlaşdırdığını bildirib.
"ABRAMS"lar Ukraynaya GÖNDƏRİLƏCƏK
Hətta gün ərzində ABŞ-ın Ukraynaya onlarla "M1 Abrams" tankı göndərəcəyini açıq şəkildə elan edəcəyi gözlənilir.