Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük danışıqları davam edərkən, Isveç səfirliyi qarşısında Rasmus Paludan adlı siyasətçinin qalmaqallı hərəkətinə Türkiyədən sərt reaksiya gəlib.
Türkiyənin NATO-ya üzvlük qapısını aşındıran İsveçdəki qalmaqala ən sərt reaksiya prezident Ərdoğandan gəldi.
Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Ərdoğan İsveçdəki hərəkətlə bağlı aşağıdakı ifadələrdən istifadə edib;
“Aydındır ki, belə bir rüsvayçılığa səbəb olanlar NATO-ya müraciət edərkən bizdən heç bir xeyirxahlıq görməyəcəklər. Küçələrinizdə terror təşkilatı dolaşacaq, sonra NATO-ya üzv olmaq üçün bizdən dəstək gözləyəcəksiniz. Belə bir şey olmayacaq".