Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Rusiya və Pakistan uçuşa yararlılıq sahəsində saziş imzalayıblar.
Saziş Rusiya mülki təyyarələrinin ixracına dəstək məqsədi daşıyır. Sazişi Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko və Pakistan Mülki Aviasiya Administrasiyasının baş direktoru Hakan Murtaza imzalayıblar.
Müqavilə Rusiya istehsalı olan mülki aviasiya avadanlıqlarının Pakistana ixracına dəstək məqsədi daşıyır və mülki aviasiya avadanlıqlarının standart dizaynının, modifikasiyalarının təsdiqi üçün razılaşdırılmış yanaşmaların tətbiqinə, həmçinin iki aviasiya departamenti arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.