USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Çavuşoğlunun İsrail və İsveçə münasibət

26.01.2023 Siyasət
7 1
Xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Cenin şəhərinə təşkil etdiyi basqını tənqid edib.

Çavuşoğlu İsveçdəki qalmaqala da toxunaraq, "İsveç rəhbərliyi buna icazə verərək bu alçaq hərəkətə ortaq oldu. Bu qədər sadədir. Bütün dünya bunu belə görür".

Qeyd edək ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqın nəticəsində 9 fələstinli həyatını itirib, 16 nəfər isə yaralanıb.

Xarici işlər naziri Çavuşoğlu bu gün Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında hücuma reaksiya verərək, "İsrail hökumətindən bu cür hücum və təxribatlardan əl çəkməsini xahiş edirik. Ölən qardaşlarımıza başsağlığı veririk" deyib.