Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropa Şurasından çıxarılması Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) statistikasına da xeyli təsir edib.
Müraciət sayına görə birinci olan Rusiyanın sistemdən çıxması Türkiyəni ön sıraya qaldırıb. Belə ki, 74 650 müraciətdən 20 100-ü Türkiyə ilə bağlıdır. Bu, ümumi müraciətlərin 26,9%-nə uyğundur.
Müraciətlərin əksəriyyəti 15 iyul çevriliş cəhdindən sonra görülən tədbirlərlə bağlıdır.