USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb

27.01.2023 Siyasət
0 1
Fransada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia Sudani İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb.

Rəsmi səfər çərçivəsində Fransaya gələn İraqın baş naziri Məhəmməd Şia Sudani paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Sudani sosial media hesabından İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb.

Sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın üfüqlərini genişləndirəcək bir yol xəritəsi təyin edəcəyini qeyd edən Sudani, “İraqın iqtisadi islahatını və davamlı inkişafını təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarımızla işləməyə davam edəcəyik. Bu hökumət proqramında tərtib və planlaşdırılıb”.