Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralananların kimliyi bilinib.
Hadisə zamanı güllə yarası alan Mahir İmanov, digəri isə qəhrəmanlıq göstərərək terrorçunun üzərinə şığıyan və avtomat qundağı zərbəsindən, şüşə qırıntısından yaralanan Vasif Naqif oğlu Tağıyevdir.