Fransız siyasətçi Filippo NATO strategiyasına görə üçüncü dünya müharibəsi riski barədə xəbərdarlıq edib.
"Çin rəsmi olaraq ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir. Bu, çox-çox ciddiləşir!", - deyə siyasətçi Twitter hesabında yazıb.
Bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ABŞ-ı Ukrayna böhranının ən böyük təhrikçisi adlandırıb və əgər Ukrayna xalqını həqiqətən düşünürlərsə, silah tədarükünü dayandırmalıdırlar.