USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lavrov İranla bağlı razılaşmmanın əldə olunduğunu bildirib

31.01.2023 Siyasət
0 0
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Rusiya Federasiyası, Türkiyə və Suriya arasında üçtərəfli təmaslara daxil edilməsinə dair razılığın əldə edildiyini açıqlayıb.

Lavrov vurğulayıb ki, Rusiya Ankaranın Dəməşqlə münasibətləri normallaşdırmaqda maraqlı olmasını dəstəkləyir və bu istiqamətdə işi inkişaf etdirəcək:

"Təbii ki, indi İranın bu işə cəlb edilməsi ilə bağlı prinsipial razılıq əldə olunub", - nazir Misirin xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.