USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rusiya nüvə sazişinə əməl etmir" - ABŞ

02.02.2023 Siyasət
28 0
ABŞ Dövlət Departamenti Rusiyanın iki ölkə arasında nüvə silahının tənzimlənməsini nəzərdə tutan Yeni START sazişinə əməl etmədiyini açıqlayıb.

“Rusiya Yeni START sazişi çərçivəsində öz ərazisində təftiş fəaliyyətlərini asanlaşdırmaq öhdəliyinə əməl etmir” deyən ABŞ Dövlət Departamenti Moskva administrasiyasını danışıqları ləğv etməkdə ittiham edib.

İki ölkə arasında nüvə arsenallarının məhdudlaşdırılması haqqında saziş ilk dəfə 2010-cu ildə imzalanıb və 2021-ci ildə başa yenilənərək 2026-cı ilə qədər uzadılıb. Buna baxmayaraq, Moskva administrasiyası ötən ilin avqustunda yoxlamaları dayandırdığını elan edib və ötən ilin noyabrında keçirilən yeni "START" danışıqlarında iştirakdan imtina edib.