Serbiya NATO-ya daxil olmağı planlaşdırmır və hərbi neytrallıq məsələsində mövqeyini qoruyacaq.
Kommersant.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Bu gün səhər yalançı vətənpərvərlərdən eşitdim ki, Serbiya hakimiyyəti ölkəni Atlantik inteqrasiya istiqamətinə aparır. Biz hərbi neytrallığımızı davam etdirəcəyik və ordumuzu məhv edənlərdən fərqli olaraq, onu qururuq”, - Vuçiç bildirib.