“Türkiyədə növbəti seçkilərdə iqtidarın dəyişəcəyi ehtimalı artıq çox yüksəkdir. Yeni iqtidar demokratik olmağa məcbur, Türkiyənin daxili problemlərinə, sistem dəyişiklərinə, fəlakətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına fokuslanmağa məhkum olacaq. Dövlət institutlarının son 20 ildə zəiflədildiyini nəzərə alsaq, yeni iqtidarın daxili problemlərə, sistem dəyişikliklərinə, dünyada özünü təsdiq etməyə çox zaman və güc sərf edəcək ki, bu isə Türkiyənin xarici siyasətdə aktivliyinə, istər-istəməz, təsir göstərəcək”.
N.Cəfərli qeyd edib ki, Türkiyədə iqtidara kimin/kimlərin gələcəyindən asılı olmayaraq Azərbaycanla dost, qardaş münasibətlər, stateji müttəfiqlik dəyişməyəcək, amma rəsmi Ankaranın bəzi regional məsələlərə müdaxilə imkanları azala bilər: “Azərbaycan olaraq bunu nəzərə almalı, digər müttəfiqlik münasibətlərini dərinləşdirməliyik. Bunun üçün Qərblə, Avropa Birliyi ilə, əsasən də Britaniya və ABŞ-la ilə daha yaxşı münasibətlər alqoritmi qurulmalıdır, bu yol isə ölkəmizin demokratikləşməsindən keçir. Türkiyədə iqtidar dəyişikliyi yeni-yeni institutlaşmağa başlayan Türk Resbuplikaları Birliyinin gələcəyinə də təsir göstərəcək – daha demokratik Türkiyə həmin ölkələr üçün örnəyə, müsbət mənada çağırışa çevrilə bilər, amma incə məqam da odur ki, demokratik Türkiyə avtoritar Türk Respublikaları liderləri üçün təhlükəyə çevrilsə, onlar yenidən arxa-dayaq axtarışında Rusiya və Çinə yönələ bilərlər...”