USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NATO alyans üzvlərindən silah ehtiyatlarını artırmağı xahiş edəcək - İDDİA

13.02.2023 Siyasət
10 0
Mediada yayılan xəbərlərə görə, NATO alyansa üzv ölkələrdən Ukrayna hadisələrinə görə ciddi şəkildə tükənmiş silah ehtiyatlarını artırmağı xahiş edəcək.

"Reuters" agentliyindən bildirilir ki, hətta 2022-ci ilin fevralından əvvəl bir çox NATO ölkəsi ehtiyat hədəfinə çata bilməyib.

Adı açıqlanmayan NATO rəsmisinin sözlərinə görə, alyans qalan silah ehtiyatları ilə bağlı araşdırmanı yenicə başa çatdırıb. O qeyd edib ki, NATO çox güman ki, silah ehtiyatları baxımından öz üzvləri üçün hədəf səviyyəsini artıracaq.