“Financial Times” yazır ki, Avropa İttifaqının bəzi ölkələri Ukraynanın Aİ-ə daxil olması üçün erkən olduğunu deyərək narazılıq bildirib.
Məqalədə deyilir ki, Ukrayna baş nazirinin müavini Olha Stefanışina avropalıları ölkənin Aİ-yə üzvlük perspektivləri ilə bağlı “mənfi məlumatlara” inanmamağa çağırıb. Belə ki, bəzi ittifaq diplomatları üzvlük prosesinin sürəti ilə bağlı qeyri-real gözləntilər barədə xəbərdarlıq edir.