Qərb ölkələri Avstriyanı Rusiya qanunvericilərinə sanksiyalara baxmayaraq viza verdiyinə görə kəskin tənqid edib.
Avstriya kanslerinə, xarici işlər nazirinə və digər hökumət rəsmilərinə məktub yazan dövlətlər arasında Fransa, Kanada, Böyük Britaniya, Polşa və Ukrayna da var.
Eyni zamanda ABŞ-ın ATƏT-dəki nümayəndələri bu qərarı Avstriyanın öz qərarı hesab etdiyi üçün Vyana hakimiyyətinə qarşı bu aksiyada iştirak etməkdən çəkinib.