USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada zəlzələ qurbanları üçün toplanan yardımlar talan edildi

14.02.2023 Siyasət
0 0
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verən zəlzələdən sonra zərərçəkənlər üçün yığılan yardım gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən talan edilib.

Türkiyədə baş verən zəlzələdən sonra Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Marl şəhərinin Lenkerbek rayonunda zəlzələdən zərərçəkənlər üçün toplanan yardımlar naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb. Yerli vaxtla saat 01.00 radələrində baş verən yanğın 30 xilasedicinin 2 saatlıq müdaxiləsindən sonra söndürülüb. Zəlzələdən zərərçəkənlər üçün toplanan yardımların hamısı məhv edilib.

Yanğın nəticəsində zəlzələ yardımının toplandığı supermarket zərər görüb.

Recklinghausen Polis sözçüsü Michael Lesch verdiyi açıqlamada, "Hazırda yanğının səbəbi ilə bağlı heç nə deyə bilmərik. Təhlükəsizlik kameralarının qeyd etdiyi görüntülər araşdırılır", - deyə bildirib.