USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyəyə yardım edənlərin sırasına Əfqanıstan da qoşuldu

14.02.2023 Siyasət
15 5
Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hökuməti zəlzələdən zərər çəkmiş Türkiyəyə maliyyə yardımı göndərib.

Bu barədə Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mati ul-Xak Xalis Türkiyənin Kabildəki səfiri Cihat Erginay ilə görüşdə elan edib.

O bildirib ki, Əfqanıstan hökumətinin Türkiyəyə ayırdığı 4,5 milyon əfqani (təxminən 59 min ABŞ dolları) dəyərində maliyyə yardımını türkiyəli səfirə təqdim edib.

“Sizi əmin etmək istəyirik ki, əfqanlar hər zaman çətin anlarında onlara kömək edən qardaş türk xalqını bu ağır günlərdə yalnız qoymayacaqlar”, - deyə Mati ul-Xak Xalis vurğulayıb.

Oxu.az