USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belçika və Almaniyanın “sürətli viza”sını almaq çətindir

14.02.2023 Siyasət
8 2
Belçika və Almaniyanın zəlzələ qurbanlarına verəcəyi “sürətli viza” asan olmayacaq.

Almaniya və Belçika ölkədə qohumları olan zəlzələ qurbanlarına “sürətli viza” verəcəklərini açıqlayıblar. Bu qərardan günlər sonra məlum oldu ki, 'sürətli viza' o qədər də sürətlə həyata keçirilə bilməz.

Bu ölkələrdə qohumlarının himayəsində olan zəlzələ qurbanlarına 3 aya qədər viza veriləcəyi bildirilmişdi. Viza rejiminin sadələşdirilməsi çərçivəsində hələ də Belçikada olan və vizası bitmiş zəlzələ qurbanları vizalarını uzada biləcəklər. Türkiyədə evləri dağıdılanlar bir müddət geri qayıtmaq məcburiyyətində qalmayacaq. Lakin bildirilir ki, Belçika və Almaniyanın Türkiyədə zəlzələdən zərərçəkənlərə verdiyi “sürətli viza” hüququ bürokratik əngəllər üzündən istənilən qədər tez həyata keçirilə bilmir.