USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Maliyyə Nazirliyinin rəhbəri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

14.02.2023 Siyasət
27 0
Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire bildirib ki, Rusiyaya qarşı sanksiyalar effektivdir, onlar yaxın aylarda gücləndirilməlidir və gücləndiriləcək.

Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva həmçinin bildirib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğa düçar olduğunu etiraf etməyə cəsarəti çatmır. Baxmayaraq ki, Qərb ölkələrinin özündə anti-Rusiya sanksiyalarının səmərəsiz olması barədə fikirlər artıq bir neçə dəfə eşidilib.

"Rusiyaya qarşı sanksiyalara münasibət bildirmək istərdim, çünki bu barədə çoxlu cəfəngiyyatlar eşidirəm. Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar effektivdir. Rusiya iqtisadiyyatı ciddi çətinliklərlə üzləşir. Biz daha böyük nəticələr istəyirik", - deyə nazir Brüsseldə Aİ-nin İqtisadi və Maliyyə Şurasının iclasında bildirib.