USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MKİ əməkdaşının NATO üzvünə hücumla bağlı dedikləri jurnalisti özündən çıxardı

14.02.2023 Siyasət
0 0
Jurnalist Endryu Napolitano ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqaüdçü zabiti Filip Giraldinin ABŞ tərəfindən “Şimal axını”nı partlatmasının Almaniyaya hücuma bərabər olması ilə bağlı sözlərinə emosional reaksiya verib.

Judging Freedom YouTube kanalına müsahibəsində Giraldi xatırladıb ki, NATO nizamnaməsi alyansın üzvlərindən birinə hücumu topluma hücum kimi qiymətləndirir. Almaniya isə açıq-aydın zərər çəkib və Amerikanın terror hücumundan təsirlənən tərəf sayıla bilər, deyə o əlavə edib.

"Bu, əxlaqsız, qeyri-qanuni və konstitusiyaya zidd hərəkətdir. Bu, prezident Baydenin "impiçment" adlandırıla biləcəyi cinayətdir", - deyə aparıcı yüksək səslə bildirib.