USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qanunvericilik sərtləşdiriləcək

15.02.2023 Siyasət
16 0
Azərbaycanda bələdiyyə fəaliyyətində rast gəlinən pozuntularla bağlı qanunvericilik sərtləşdiriləcək.

Bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

Sənəddə qeyd edilib ki, yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəblər təhlil edilərək ümumiləşdirilir, nəticələrinə uyğun tədbirlər həyata keçirilir, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.