USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə zəlzələ zamanı binaların çökməsinin səbəbi açıqlandı

15.02.2023 Siyasət
9 11
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum cənub-şərqdə baş verən zəlzələ zamanı dağılan binaların əksəriyyətinin 1999-cu ildəki fəlakətdən əvvəl tikildiyini, bundan sonra seysmik zonalarda tikinti qaydalarının sərtləşdirildiyini bildirib.

1999-cu ildə 18 mindən çox insanın həyatına son qoyan fəlakətli afterşoklardan sonra Türkiyə yaşayış binalarının tikintisi ilə bağlı qaydalara yenidən baxdı. Xüsusilə, zəlzələdən qorunmaq üçün zəruri olan tələblər nəzərə alınmaqla evlərin tikintisi ilə bağlı məcəllə qəbul edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zəlzələlər zamanı dağılan binaların 98%-i 1999-cu ildən əvvəl tikilib. O qeyd edib ki, Türkiyənin zəlzələdən zərər çəkmiş 10 vilayətində ən azı 41 min binanın dağılıb və ya yararsız vəziyyətdədir, onların təcili sökülməsi lazımdır.