Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərini şərh edib.
"Ermənistanın ehtiyacı olan qonşusuna dəstək göstərməsi əsasında baş tutacaq tarixi səfərdir. Ümid edirəm ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının xəbərçisi olacaq", - deyə Klaar Twitter-də yazıb.