Xarici işlər naziri Mövlud Çavuşoğlu axtarış-xilasetmə işləri üçün Türkiyəyə gələn əcnəbi qruplarla bağlı yayılan dezinformasiyaya reaksiya göstərərək, "Bu ölkələri də utandırırıq. Axı yaxşı niyyətlə gəliblər. Nöqsanlar ola bilər, amma sistem qurulub. Üstəlik, qısa müddətdə. Digər ölkələrin qrupları komandalarımızla həmrəylik içində çalışdı".
"Hər fürsətdə deyirik ki, beynəlxalq ictimaiyyətdən böyük dəstək və həmrəylik aldıq. Yardım təklif edən ölkələrin sayı 100-dür. Sahədə 76 ölkədən xilasetmə qrupları var. Bəziləri vəzifəsini başa vurub geri qayıdıb", - deyə nazir bildirib.