USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan Azərbaycanla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb

16.02.2023 Siyasət
10 3
Ermənistanın baş naziri Paşinyan Azərbaycanla danışıqlarda müəyyən irəliləyişin olduğunu açıqlayıb.

Hökumətin iclasında çıxış edən Paşinyan bildirib ki, istənilən vaxt imzalana biləcək sənəd üçün sülh müqaviləsi layihəsi üzərində iş gedir. Onun sözlərinə görə, Ermənistan tərəfi başa düşür ki, bu, Azərbaycan üçün də məqbul olmalıdır.

"Ümid edirik ki, danışıqların üç mərhələsi üzrə artıq planlaşdırılan müəyyən irəliləyişləri inkişaf etdirmək mümkün olacaq. Sənəddə uzunmüddətli və sabit sülhün pozulmasına səbəb olacaq istənilən ssenarini istisna edəcək bir razılaşma olmalıdır. Bu sənəd məntiqi, nəzarət və tarazlıq sistemi yaratmalıdır”, - deyə Paşinyan hökumətin iclasında deyib.

O əlavə edib ki, hökumət və şəxsən o, uzunmüddətli və sabit sülhə zəmanət verən müqavilənin imzalanmasına görə məsuliyyət daşımağa hazırdır.