Türkiyənin xarici işlər naziri Çavuşoğlu NATO-nun güclənməsinə dəstəyini ifadə edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara NATO-nun güclənməsini dəstəkləyir. Çavuşoğlu Türkiyəyə gələn NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında baş katiblə Ukraynadakı vəziyyəti, “taxıl müqaviləsi”nin mümkün qədər uzadılmasını və "Zaporojye" atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə edib.
"Biz Ankaranın Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı gözləntilərini də dilə gətirdik. Türkiyə alyansın üzvü kimi NATO-nun güclənməsi üçün lazımi dəstəyi verməyə davam edəcək", - deyə Çavuşoğlu bildirib.