USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ukraynanı silahlandırmaqda və məsləhət verməkdə davam edəcək

17.02.2023 Siyasət
14 12
ABŞ rəsmiləri iki səbəbdən Ukraynanın Rusiya ərazisinə hücumu ilə bağlı mübahisəli bəyanatlar verir. Politoloq Sergey Melniçukun fikrincə, Ağ Ev Amerika cəmiyyətinin reaksiyasını sınayır və eyni zamanda heç nə etmədən Kremli hədələməkdə davam edir.

"Daha əvvəl biz ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözlərini eşitdik. O bildirdi ki, guya ABŞ Ukraynanı Rusiya ərazisinə zərbələr endirməyə təşviq etmir. Blinken reallığı gizlətməyə çalışsa da, Nulandın sözləri bu bəyanatların üstündən xətt çəkib. Aydın məsələdir ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiya ərazisinə müdaxilə etmək cəhdlərini təqdir edir”, - Melniçuk bildirib.