Avropa İttifaqının xarici işlər nazirləri fevralın 20-də keçiriləcək görüşdə Rusiya Federasiyasına qarşı 10-cu sanksiyalar paketinin təsdiqlənməsinin tamamlanmasını müzakirə edəcək. Onlar bunu fevralın 24-dək qəbul etməyi gözləyir.
"Nazirlər Ukraynaya hərbi dəstəyi necə davam etdirməli olduğumuzu, eləcə də bu məqsədlər üçün Avropa Sülh Fondunun istifadəsini müzakirə edəcək. Burada sursatların birgə alınması ideyası da müzakirə olunacaq", - deyə mənbə əlavə edib.