Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfiri Lin Treysini ABŞ-ın Ukraynadakı müharibəyə qarışdığını əsas gətirərək nazirliyə çağırıb.
Rusiyadan reaksiya ABŞ prezidenti Co Baydenin Ukraynanın paytaxtı Kiyevə səfərindən və Ukrayna prezidenti Vladimir Zelenskiyə yeni dəstək sözləri deməsindən sonra gəlib. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-ın Ukraynadakı müharibəyə daha çox qarışması səbəbilə etiraz notası verildiyi açıqlanıb.
Açıqlamada ABŞ-ın Moskvadakı səfiri Linn M. Treysinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı açıqlanıb: “Səfirə verilən etiraz notasında hücumlarla bağlı kəşfiyyat məlumatlarının ötürülməsi Rusiyanın hərbi və mülki infrastrukturu, eləcə də Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü ABŞ tərəfinin münaqişədə iştirak etdiyini göstərir".