USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar beynəlxalq hakimiyyətini itirəcək - Putin

22.02.2023 Siyasət
9 7
Rusiya prezidenti bildirib ki, Moskva beynəlxalq hesablaşmaların təhlükəsiz sistemini inkişaf etdirmək üçün tərəfdaşları ilə əməkdaşlıq edəcək və ABŞ dolları qlobal dominantlığını itirəcək.

Rusiya prezidenti Vladimir Putin ABŞ və digər Qərb valyutalarının qlobal transsərhəd əməliyyatlarda lider mövqelərini itirəcəyini bildirib.

Putin Bundestaqda bəyan edib ki, Moskva dollar və ya avrodan asılı olmayan təhlükəsiz beynəlxalq hesablaşma sistemi qurmaq üçün müttəfiqləri ilə əməkdaşlıq edəcək.

Putinin sözlərinə görə, Qərb dövlətlərinin hazırkı siyasəti ABŞ dolları və avronun beynəlxalq ödənişlərdə universallığını itirməsinə səbəb olur.