USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan zəlzələlərə rəğmən seçkinin tarixində israr edir - BLOOMBERG

22.02.2023 Siyasət
13 5
Bloomberg-ə danışan prezident Ərdoğana yaxın mənbələr Kahramanmaraşda baş verən ölümcül zəlzələlərə baxmayaraq, Ərdoğanın seçkilərin əvvəlcədən təyin olunmuş tarixdə keçirilməsində israrlı olduğunu irəli sürüb.

Türkiyə 2023-cü ildə seçkiyə hazırlaşdığı vaxtda 6 fevral baş verən və on minlərlə insanın həyatını itirdiyi zəlzələdən sonra seçki tarixinin taleyi mübahisələrə səbəb olmağa davam edir.

Seçkilərin təxirə salınacağı ilə bağlı rəsmi açıqlama yoxdur. ABŞ-ın aparıcı media qurumlarından biri olan Bloomberg diqqətçəkən xəbər yayıb.

“Bloomberg”dən alınan “Ərdoğan zəlzələlərə baxmayaraq, istədiyi seçki tarixində israr edir” başlıqlı xəbərində prezident Ərdoğan və heyətinin seçkinin təxirə salınması ilə bağlı görüş keçirdiyi bildirilib:

“Prezident Ərdoğan iki ölümcül zəlzələdən sonra daha əvvəl elan etdiyi seçki cədvəlinə uyğun olaraq yenidənqurma işlərini gücləndirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir. Danışıqlardan xəbəri olanlara görə, Ərdoğan və AKP-nin yüksək səviyyəli rəsmiləri keçən həftə zəlzələdən sonra seçkinin təxirə salınmasının müsbət və mənfi tərəflərini müzakirə etmək üçün görüş keçiriblər.