USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya İran səfirliyinin əməkdaşlarını ölkədən çıxarır

22.02.2023 Siyasət
0 0
Almaniya İran səfirliyinin iki əməkdaşını "persona non-qrata" elan edərək, onlardan ölkəni tərk etmələrini istəyib. İranın Almaniya vətəndaşına edam cəzası verməsindən sonra Almaniyanın bu qərarı aldığı bildirilib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok verdiyi açıqlamada İranın müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını və ona "Almaniya vətəndaşının fundamental hüquqlarının pozulmasına icazə verməyəcəyimizi ona bildirdik" deyib.

“ƏDALƏTLİ MÜHAKƏMƏYƏ DƏVƏT EDİRİK”

Almaniyanın xarici işlər naziri Baerbok da “İranı Cəmşid Şerməhdin edam cəzasını ləğv etməyə və ədalətli mühakimə etməyə dəvət edirik” deyib.

Cəmşid Şarmahd İran tərəfindən korrupsiyada və həmçinin İranda müxtəlif bombalı hücumlar həyata keçirən qruplaşmanın üzvü olmaqda ittiham olunur. İran rəsmiləri ölüm hökmündən apellyasiya şikayətinin yuxarı instansiya məhkəməsinə açıq olduğunu bildiriblər.