USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah vermir

23.02.2023 Siyasət
3 26
Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə istifadədə maraqlıdır.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineralların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin bölgəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib”, - nazir müavini qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib.