USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu dövlət qurumunda yoxlama aparılır

24.02.2023 Siyasət
9 6
Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.

“Trend”in sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib ki, 2023-cü il İş Planına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.

Həmçinin qeyd olunub ki, Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra veriləcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tabeliyində 16 regional idarə fəaliyyət göstərirdi. Belə ki, mövcud olan regional idarələrin əsasında daha 12 idarənin yaradılması nəzərdə tutulub.