USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev qanunu imzaladı

27.02.2023 Siyasət
51 8
Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Kommersant.az xəbər verir ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb.

Nizamnaməyə əsasən, Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq.