USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kremlin sözçüsü Peskov Krımla bağlı açıqlama verib

27.02.2023 Siyasət
14 14
Kremlin sözçüsü Dmitriy Peskov "Krımın Ukraynanın nəzarətinə keçməsi mümkün deyil" deyib.

Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “Krımı geri alacağıq və sülhü bərpa edəcəyik” sözlərinə cavab verib.

Ukraynanın Krımı almasının mümkün olmadığını deyən Peskov, "Krımın Ukraynanın nəzarətinə keçməsi mümkün deyil. Krım Rusiyanın ayrılmaz bir bütündür" deyib.

Peskov, AB-nin Rusiyadakı 121 şəxs və təşkilatı hədəf alan 10-cu sanksiya paketi ilə bağlı verdiyi açıqlamada, "Bütün bunlar təbii ki, absurddur. Açığı, bunlara sanksiya məsələsi ilə heç bir əlaqəsi olmayan və anlaşılmaz insanlar daxildir. Bu şəxslərin sanksiya siyahısına salınması onları narahat etmir”, - deyə o bildirib.