USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər kəs Naxçıvanla bağlı fikir bildirməkdən - ÇƏKİNİR

28.02.2023 Siyasət
13 7
Naxçıvanlı jurnalist, Ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkədə Naxçıvanın Ekologiya və Təbii Sərvətlər nazirinin göstərişi ilə qurumun bütün işçilərinin çöllərdə iməcliyə göndərildiyini yazıb.

Kommersant.az xəbər verir ki, Heydər Oğuz açıqlamasında nazirlikdəki mənbələrdən aldığı məlumata görə, nazir Mayis Əliyevin göstərişi ilə diplomlu-diplomsuz hər kəsin bir nəfər kimi əllərində bel-kürək Naxçıvan çöllərini abadlaşdırmalı olduğunu bildirib:

“Təsəvvür edin, su üzünə həsrət qalan Muxtar Respublikanın çölləri binəva ekoloqların alın təri ilə guya yaşıllaşdırılır. Halbuki, ekoloqların işi bu olmamalıdır və Naxçıvanın ilk növbədə su problemi öz həllini tapmalıdır".

Bununla bağlı məsələyə münasibət öyrənmək üçün Milli Məclisin deputatı Siyavuş Novruzovla əlaqə saxlamaq istədik. Ancaq deputat bildirib ki, məsələdən xəbərdar olmadığı üçün heç bir fikir bildirə bilməz.

Daha sonra isə məsələnin hüquqi tərəfini öyrənmək üçün bir neçə hüquqşünasla əlaqə saxlasaq da, bu cəhdimiz də alınmadı. Heç kim olanlara münasibət bildirmək istəmədi. Görünən odur ki, Naxçıvanda sistem dəyişsə də, hər kəs əvvəlki kimi Muxtar Respublika ilə bağlı fikir bildirməkdən çəkinir.

Qeyd edək ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri Mayıs Əliyev 2018-ci ilin iyun ayında Vasif Talıbovun fərmanı ilə bu vəzifəyə təyin olunub. Bundan əvvəl o, nazirlikdə şöbə müdiri vəzifəsində işləyirdi.