USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya-Ukrayna danışıqları nə yerdədir? - Peskov açıqladı

28.02.2023 Siyasət
0 0
“Ukrayna tərəfindən Rusiyaya ilə danışıqlara hazır olduğuna dair heç bir siqnal yoxdur”.

Kommersant.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Ukrayna ilə bağlı vəziyyəti danışıqlar masası arxasında həll etmək imkanlarından da danışıb.

O bildirib ki, burada prioritet Rusiya tərəfindən bəyan edilənlərə nail olmaqdır.

Kreml nümayəndəsi Ukrayna ilə sülh müqaviləsi bağlamaq imkanlarını da şərh edib: “Burada yeni ərazi reallıqlarının və Rusiya Federasiyasının Konstitusiyasının nəzərə alınması vacibdir”.