G20 kritik enerji infrastrukturuna hücumları pisləyib.
G20 sədrinin görüşün yekunlarına əsasən, G20 ölkələri kritik infrastruktura, o cümlədən enerji sektoruna qarşı terror aktlarını pisləyir.
"Biz kritik infrastruktura, o cümlədən kritik enerji obyektlərinə, eləcə də digər həssas hədəflərə qarşı törədilən bütün terror hücumlarını qətiyyətlə pisləyirik. Bütün terror aktları cinayət xarakterlidir, nə üçün törədilməsindən, həmçinin harada, nə vaxt və necə törədilməsindən asılı olmayaraq, heç nə buna əsas vermir”, - deyə açıqlamada deyilir.