USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Türkiyə Rusiya ticarətinə sanksiya

06.03.2023 Siyasət
7 0
Rusiya-Ukrayna müharibəsi ikinci ilinə girərkən, Rusiyanın qonşu ölkələrə ixracına diqqət yetirən Aİ sanksiyaların sahəsini genişləndirməyə hazırlaşır. İlk siqnal Polşanın Belarusla sərhədini Aİ üzvü olmayan yük maşınları üçün bağlaması ilə gəldi. Türkiyə-Rusiya ikitərəfli iqtisadi əlaqələrinin yaxşılaşdığına işarə edən ekspertlər “sanksiyaların arta biləcəyi” ilə bağlı xəbərdarlıq da edir.

Türkiyənin Rusiyaya ixracı ötən il 43 faiz artaraq 7,6 milyard dollara çatıb. İlin sonunda Türkiyənin səkkizinci ən böyük ixrac bazarı olan Rusiya bu ilin ilk iki ayında beşinci sıraya yüksəlib. Bzinesmenlər Türkiyənin Rusiyaya artan ixracatının diqqət çəkdiyini və bunun nəticəsində təzyiqlərin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İqtisadi İnkişaf Fondunun (İKV) prezidenti Ayhan Zeytinoğlu Polşanın ilk növbədə Belarus sərhədini Avropa İttifaqına daxil olmayan tırlar üçün bağlamasını diqqətə çatdırıb. Türk daşıyıcılarının alternativ yollar üzərində çalışdığını qeyd edən Zeytinoğlu bildirib ki, orta və uzunmüddətli perspektivdə AB-nin "çox dəstək verirsiniz, bir az diqqət edin" deyəcəyini gözləyir.

Türkiyənin Rusiyaya ixracatında ciddi artım olduğunu vurğulayan Zeytinoğlu, Rusiyanın çox qısa müddətdə Türkiyənin 5-ci ən böyük ixracat bazarına çevrildiyini ifadə edərək, “Bəzi insanların diqqətini çəkməmək mümkün deyil. Bizə də təzyiq gələcək, bu qaçılmazdır”. Zeytinoğlu sözlərinə belə davam edib: “Ancaq biz əsasən Rusiyaya ərzaq satdığımız üçün daha çox böyümə şansımız yoxdur. Təbii ki, Rusiyadan 30-40 milyard dollar enerji alırıq. Ona görə də Qərbə Rusiyadan asılı olduğumuzu deyirik".