USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Sərhəd Azərbaycan tərəfindən tam nəzarətə götürülməlidir ki..." - Politoloq

06.03.2023 Siyasət
7 10
“Son hadisələr onu göstərir ki, artıq Ermənistanla sülh sazişinə, danışıqlar prosesinə, Bakı və Qarabağ ermənilərinin dioloq məsələsinə ən böyük maneə Qarabağda hələ də qalmaqda olan Ermənistan ordusunun qalıqları və Laçın yolu ilə Ermənistandan onlara təminatın həyata keçirilməsidir”.

Kommersant.az xəbər verir ki, bunu açıqlamasında martın 5-də Ermənistan ərazisindən Laçın yoluna alternativ Xələfəli yolundan Qarabağ bölgəsinə silah-sursat və canlı qüvvənin daşınması təxribatını şərh edərkən politoloq Fərhad Məmmədov deyib. Ekspert qeyd edib ki, bütün bu proseslərə maneə və təhdid törədən məhz həmin faktlardır. Bu fakt artıq mediada videogörüntülərlə təsdiq edilib:

"Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını təmin edilməlidir. Böyük ehtimalla belə də olacaq”.

Rusiya sülhməramlılarının ordakı fəaliyyət haqqında danışan Fərhad Məmmədov bildirb ki, bu təminat maşınları şəxsi heyəti daşıyan maşın, silahları daşıyan nəqliyyat vasitələri hamısı Ermənistan ərazisindən, Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindən həmin o göstərilən yola dönüb Qarabağa çatdırılır:

“Bu o deməkdir ki, Rusiya sülhməramlıları bu faktı bilirlər, alternativ yolun istifadəsinə nəinki göz yumurlar, hətta şərait yaradırlar”.

Politoloqun fikrincə, Azərbaycan-Ermənistan sərhədi Azərbaycan tərəfindən tam nəzarətə götürülməlidir ki, Qarabağda olan Ermənistan silahlıları təminat almasınlar və müəyyən dövr ərzində onların ordan çıxarılmasının məcburi şəkildə təmin edilməsi təşkil olunsun.