USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək

07.03.2023 Siyasət
33 3
Aprelin 4-5-də alyansın Brüsseldəki mənzil-qərargahında NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək.

NATO-nun mətbuat xidməti xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü aprelin 4-ü və 5-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək:

"Aprelin 4-5-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək. İclasa baş katib Yens Stoltenberq sədrlik edəcək. İclasın gündəliyi hələ açıqlanmayıb".