USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putindən dərman ehtiyatı çağırışı

07.03.2023 Siyasət
13 2
Putin Səhiyyə Nazirliyi, Sənaye və Ticarət Nazirliyinə ən çox işlənən dərmanların fondunu yaratmağı tapşırıb.

Rusiya prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə, Sənaye və Ticarət Nazirliyinə aprelin 1-dək bununla bağlı hesabat verməyi tapşırıb:

"Rusiyanın Səhiyyə Nazirliyi, Rusiyanın Sənaye və Ticarət Nazirliyi ilə birlikdə, kəskin xəstəlik hallarının artdığı dövrlər də daxil olmaqla, səhiyyə sistemi tərəfindən ən çox tələb olunan dərman ehtiyatlarının mövcudluğunu təmin etməyə yönəlmiş tədbirlər görməlidir. Xüsusilə respirator virus infeksiyaları üçün ehtiyat toplamaq vacib hesab olunur”, - deyə təlimat siyahısında deyilir.

Müvafiq hesabat aprelin 1-də, sonra isə altı ayda bir dəfə təqdim edilməlidir.