USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistan hələ də VoMA və POGA qruplaşmalarını ləğv etməyib - Ceyhun Bayramov

10.03.2023 Siyasət
6 3
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrıseçkilik aşılanmasının qarşısını almayıb, VoMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etməyib.

Kommersant.az-ın məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə qərarı ilə bağlı BMT baş katibinə ünvanladığı məktubunda deyilir.

Xarici işlər nazirinin BMT Baş katibinə məktubunda, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yetirmədiyi xatırlanır. Belə ki, Ermənistanın məhkəmənin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrıseçkilik aşılanmasının qarşısını almadığı, VoMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etmədiyi məktubda qeyd olunur.