USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Prezidenti: "İndi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir"

13.03.2023 Siyasət
13 0
Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir.

Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

“Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”, - Azərbaycan Prezidenti vurğulayıb.