USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin Almaniya səfəri: “Bu həmdə iqtisadi əlaqələrin güclənməsinə səbəb olacaq”

14.03.2023 Siyasət
17 0
“Ölkə başçısının Avropaya səfərləri Azərbaycanın Qərbin enerji təhlükəsizliyində rolunun artmağı ilə xüsusi olaraq çoxalıb”.

Bu sözləri Kommersant.az-a politoloq Tural İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, artıq ötən illərin sonlarından Avropanın bir çox önəmli regionlarına səfərlər həyata keçirib:

“Biz diqqət etsək görərik ki, Mərkəzi və Şərqi Avropa ölkələri ilə özəlliklə Azərbaycanın çox yaxşı isti münasibətləri formalaşıb. Latviya, Albaniya, Macarıstan, Bolqarıstan, Yunanıstan kimi ölkələrlə Azərbaycan Enerji Təhlükəsizlik və İqtisadi əlaqələr baxımından çox önəmli bir yola qədəm qoyub”.

Tural İsmayılov onu da əlavə edib ki, eyni zamanda Avropa Komisiyası və Azərbaycan arasında yay aylarında enerji təhlükəsizliyi ilə bağlı imzalanan strateji bəyannamə bizim münasibətlərimizin gələcəyi baxımından vacib əhəmiyyətə malikdir:

“Onsuz da bu günə qədər Azərbaycan Avropa İttifaqının Şərq tərəfaşlığı proqramında fəal şəkildə iştirak edirdi. Amma bu enerji fəaliyyətləri daha çox gələcəyə yönəlik olduğuna görə, biz praktiki olaraq 2025-ci ilə qədər Qərb və Azərbaycan münasibətlərində yeni bir mərhələlərin açıldığını görə bilərik. Belə bir prioritet vaxtda Azərbaycanda həm “Qoşulmama Hərəkat”nın toplantısının keçirilməsi, həm “X Qlobal Bakı Formu”nun keçirilməsi və həmin arxasınca Prezidentin Almaniyaya səfər etməsi vacib əhəmiyyətə malikdir”.

Tural İsmayılov səfəri şərh edərkən onu da bildirib ki, özəlliklə Qarabağ bölgəsində abadlıq, və yenidən quruculuq işlərinin görüldüyü bir vaxtda almaniyalı iş adamları və Prezident İlham Əliyevin görüşü, eyni zamanda bu görüşdə Azərbaycanın iqdisadi potensialı və işğaldan azad edilmiş bölgələrin turizim və diğər potensialı ilə bağlı tədqimatın keçirilməsi vacib əhəmiyyətə malikdir:

“Bu həm bərpa quruculuq işlərinə alman şirkətlərinin cəlb edilməsi, həm də gələcəkdə Almaniya Azərbaycan investisiya imkanlarının genişləndirilməsi demək olacaq. Eyni zamanda bizim çox xüsusi əhəmiyyətə malikdir ki, Almaniya Avropada vacib mövqelərdən birini tutur”.

Ekspert onu da əlavə edib ki, özəlliklə Fransanın təhrikləri ilə bu gün Avropa İttifaqı daxilində, Avropa Parlamentində Almaniyanın da pozucu, təxribatçı siyasətlərə alət edildiyini görürürük:

“Hesab edirəm ki, belə vacib bir məqamda Prezidentin səfəri Almaniyada formalaşmaq ehtimalı olan yanlış siyasi qərarların da aradan qaldırılmağına səbəb olacaq. İstənilən halda bu səfərdən sonra Almaniya Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlandığını deyə bilərik”.