Amerikalı hərbçi Noctis Draven Kanadanın xarici işlər naziri Melani Colinin hökumətinin məqsədinin Rusiyada hakimiyyət dəyişikliyi olması barədə bəyanatını tənqid edib:
"Qərb bilir ki, Rusiyanı hərbi yolla məğlub etmək variant deyil, çünki Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilməz. O, həmişə etdiyi şeyi edəcək - arxadan hücum etməyə çalışacaq", - deyə o, Twitter-də yazıb.
O, iddia edir ki, Qərb hər zaman belə siyasət yürüdüb. Hökumətini sevmədiyi ölkəyə silah yolu ilə hücum etməkdənsə, onların daxilində iğtişaşlar, fəlakətlər, üsyanlar törədir, bu yolla xalqı öz liderinin əleyhinə çıxarır. Daha sonra isə onu öz marionetləri ilə əvəz edir.
Draven həmçinin bəyan edib ki, Qərbin bunun qarşısını almaq üçün məkrli planı olmasaydı, Moskva və Kiyev sülh və harmoniyada yaşaya bilərdi.