USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekvador və Argentina arasında kriz - SƏFİR DEPORT OLUNDU

15.03.2023 Siyasət
9 9
Keçmiş nazir Duarte Argentina səfirliyindən qaçaraq Venesuelaya sığındıqdan sonra Ekvador Argentinadakı səfirini ölkədən çıxarıb.

Keçmiş ictimai işlər naziri Maria de los Anceles Duarte Argentinanın Çitodakı səfirliyindən qaçaraq Venesuelaya sığındıqdan sonra Argentina səfiri Ekvadordan qovulub.

Ekvador Xarici İşlər Nazirliyi Argentinanın Kitodakı səfiri Qabriel Fuksun qovulduğunu və Ekvadorun Buenos-Ayresdəki səfiri Xavier Mongenin də məsləhətləşmələr üçün ölkəyə çağırıldığını açıqlayıb.

Duartenin korrupsiyada mühakimə olunduğunu xatırladan xarici işlər naziri Xuan Karlos Holqin mətbuata açıqlamasında sabiq nazirin həbsə düşməmək üçün 2 ildən çox səfir Fuksun iqamətgahında yaşadığını bildirib.

Ekvadorda rüşvətxorluğa görə 8 il həbs cəzası alan keçmiş nazir Duarte 2020-ci ilin avqust ayından bəri yaşadığı Argentinanın Kitodakı səfirliyini tərk edərək Venesuelaya sığınıb.

Argentina Xarici İşlər Nazirliyindən verilən açıqlamada, səfirliyin diplomatik iqamətgahında qalan Duartenin Venesuelaya getdiyi və “Xanım Duarte hazırda Karakasdadır. Onunla heç bir əlaqəsi olmadığını bildirib. Onun Argentinaya da getmək fikri yoxdur", - deyə bəyanatda bildirilib.

Ekvador hökuməti həmçinin Argentinanın ziddiyyətli bəyanatlar verdiyini vurğuladı və səfirliyin Duartenin ölkədən necə qaçdığına dair təhlükəsizlik kamerası görüntülərini onlarla paylaşmadığını bildirdi.

Qeyd edək ki, Argentina hökuməti tərəfindən sığınacaq təklif edilən Duarte Ekvadorun ölkəni tərk etməsinə icazə vermədiyi üçün iqamətgahı tərk edə bilmirdi.