USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rusları və belarusları görmək istəmirəm" - PARİS MERİ

15.03.2023 Siyasət
27 4
Paris meri Fransada keçiriləcək Olimpiadada rusları və belarusları görmək istəmir.

Paris meri Ann Hidalqo Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında öz dövlət bayraqları altında iştirak etməməsi üçün əlindən gələni edəcəyini bildirib:

"Mən təsəvvür edə bilmirəm ki, BOK ruslar və belarusları öz bayraqları ilə Parisdə 2024-cü ildə keçiriləcək Oyunlara buraxacaq. Bunun qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, bundan əvvəl də Hidalqo rusların və belarusların neytral idmançı statusunda çıxış etməsinə qarşı çıxıb. Paris meri Rusiya və Belarus idmançılarını BOK tərəfindən xüsusi olaraq yaradılmış qaçqınlar komandasının tərkibində Oyunlarda iştirak etməyə dəvət edib.